QR CodeQR Code

İraq Kürdüstanının sensasiyalı siması həbsdən azad edilib

Nur.az.com , 29 Dec 2017 17:00

Islamtimes - Yeni təsis edilmiş “Yeni nəsil” siyasi partiyasının lideri və İraq Kürdüstanının iqtisadi siması Kürdüstanın Süleymaniyyə və digər bölgələrində son günlərdə baş verən etirazlarla bağlı olaraq həbs edilmişdi. O, vəsiqə qarşılığında azad edilib.


“Spemedia” saytının verdiyi xəbərə görə, Şahsuvar Əbdülvahid hakimin hökmü ilə azad edilib. Bu barədə onun vəkili məlumat verib.
Şahsuvar Əbdülvahid İraq Kürdüstanında son xalq etirazları zamanı xarici səfərdən qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən Süleymaniyyə hava limanında həbs edilmişdi və Kürdüstan Muxtar Hökumətinin Mədəniyyət Nazirliyinin göstərişi ilə ona bağlı “ntr” kanalının yayımlanması dayandırılmışdı.
Ş. Əbdülvahid Kürdüstan referendumunun sərt tənqidçilərindəndir və muxtar hökumətin parlamentində iştirak etmək məqsədilə “Yeni nəsil” partiyasını təsis edib.


Story Code: 693301

News Link :
https://www.islamtimes.org/az/news/693301/iraq-kürdüstanının-sensasiyalı-siması-həbsdən-azad-edilib

Islam Times
  https://www.islamtimes.org