QR CodeQR Code

Yaponiyada güclü qar 15 nəfərin ölümünə səbəb olub

14 Feb 2018 14:48

IslamTimes - Yaponiyanın şimalında və Yapon dənizi sahillərində yağan güclü qar nəticəsində 15 nəfər ölüb, 222 nəfər xəsarət alıb.


APA-nın RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Yaponiya Daxili İşlər Nazirliyinin Yanğın İdarəsi məlumat yayıb.
Ölüm halları daha çox evlərinin damlarını təmizləmək istəyən sakinlərinin yıxılması səbəbindən baş verib. Qarın ağırlığından damların çökəcəyi təhlükəsindən qorxan sakinlər təmizlik işləri apararkən bədbəxt hadisələr qeydə alınır.
Yaponiyanın bəzi əyalətlərində qarın qalınlığı 3 metrə çatır.


Story Code: 704795

News Link :
https://www.islamtimes.org/az/news/704795/yaponiyada-güclü-qar-15-nəfərin-ölümünə-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org