QR CodeQR Code

Mahmud Əhmədinejad Türkiyəyə yollanır

8 May 2011 13:46

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad sabah Türkiyəyə səfər edəcək


“CNN Türk”ün verdiyi xəbərə görə, birgünlük baş tutacaq səfərin əsas məqsədi İstanbulda keçiriləcək BMT-nin təşkil etdiyi konfransda iştirak etməkdir. İran dövlət başçısı Mahmud Əhmədinejadın Türkiyə rəsmiləri, eləcə də konfransa qatılacaq bəzi ölkələrin lider və təmsilçiləri ilə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, konfransı İstanbulda 9-13 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, Mahmud Əhmədinejad sonuncu dəfə İstanbula 2010-cu ilin 23 dekabrında “İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlərinin Zirvə Toplantısı” zamanı səfər edib.


Story Code: 70538

News Link :
https://www.islamtimes.org/az/news/70538/mahmud-əhmədinejad-türkiyəyə-yollanır

Islam Times
  https://www.islamtimes.org