QR CodeQR Code

ABŞ yenə Türkiyəni S-400-lərə görə təhdid etdi

Nur.az.com , 27 Feb 2018 17:21

İslamtimes - Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək.


Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəsi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:

“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapması, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi.


Story Code: 707921

News Link :
https://www.islamtimes.org/az/news/707921/abş-yenə-türkiyəni-s-400-lərə-görə-təhdid-etdi

Islam Times
  https://www.islamtimes.org