QR CodeQR Code

Yəmən qüvvələri Səudiyyə rejiminin Abrams tankını və onlarla əsgərini məhv etdi

2 Mar 2018 19:23

IslamTimes - Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminin Cizan bölgəsində Abrams tankını vuraraq məhv ediblər.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli hərbi mənbələrdən biri Abrams tankının vurulduğu yerə yaxın olan səudiyyəli 2 əsgərin də Yəmənin snayper qüvvələri tərəfindən nişan alınaraq, öldürüldüyünü bildirilib.
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri ölkənin qərb sahillərindəki Əl-Huskol məntəqəsində Səudiyyə rejiminin əsgərlərinə aid toplantı mərkəzinə güclü bir hücum təşkil ediblər. Keçirilən əməliyyatda onlarla səudiyyəli əsgərin öldürüldüyü və yaralandığı qeyd olunub.
Əməliyyatda, həmçinin Səudiyyə rejimi əsgərlərinə aid onlarla maşın da partladılıb.


Story Code: 708528

News Link :
https://www.islamtimes.org/az/news/708528/yəmən-qüvvələri-səudiyyə-rejiminin-abrams-tankını-və-onlarla-əsgərini-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org