0
Friday 2 March 2018 - 19:23

Yəmən qüvvələri Səudiyyə rejiminin Abrams tankını və onlarla əsgərini məhv etdi

Story Code : 708528
Yəmən qüvvələri Səudiyyə rejiminin Abrams tankını və onlarla əsgərini məhv etdi
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli hərbi mənbələrdən biri Abrams tankının vurulduğu yerə yaxın olan səudiyyəli 2 əsgərin də Yəmənin snayper qüvvələri tərəfindən nişan alınaraq, öldürüldüyünü bildirilib.
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri ölkənin qərb sahillərindəki Əl-Huskol məntəqəsində Səudiyyə rejiminin əsgərlərinə aid toplantı mərkəzinə güclü bir hücum təşkil ediblər. Keçirilən əməliyyatda onlarla səudiyyəli əsgərin öldürüldüyü və yaralandığı qeyd olunub.
Əməliyyatda, həmçinin Səudiyyə rejimi əsgərlərinə aid onlarla maşın da partladılıb.
Comment