QR CodeQR Code

Tramp Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

3 Mar 2018 21:29

IslamTimes - ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.


ABŞ prezidenti Donald Tramp  Venesuelaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
ABŞ tərəfindən Venesuelaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Sanksiyalar 2015-ci ildə tətbiq edilib.
Rəsmi Vaşinqton Venesuela hökumətini insan haqlarını pozmaqda, yerli medianın azadlığını məhdudlaşdırmaqda və siyasi opponentlərə qarşı təhdiddə ittiham edir.


Story Code: 708789

News Link :
https://www.islamtimes.org/az/news/708789/tramp-venesuelaya-qarşı-sanksiyaların-müddətini-uzadıb

Islam Times
  https://www.islamtimes.org