0
Saturday 3 March 2018 - 21:29

Tramp Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

Story Code : 708789
Tramp Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb
ABŞ prezidenti Donald Tramp  Venesuelaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
ABŞ tərəfindən Venesuelaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Sanksiyalar 2015-ci ildə tətbiq edilib.
Rəsmi Vaşinqton Venesuela hökumətini insan haqlarını pozmaqda, yerli medianın azadlığını məhdudlaşdırmaqda və siyasi opponentlərə qarşı təhdiddə ittiham edir.
Comment