QR CodeQR Code

Azərbaycanlılar Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər

3 Mar 2018 21:49

IslamTimes - Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Lujniki" stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.
 
Diaspor nümayəndələrimiz və AMOR-un gənc fəalları əllərində Azərbaycan bayraqları və "Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir" şüarı yazılan plakatlar qaldıraraq Rusiya azərbaycanlılarının prezidentliyə namizəd Vladimir Putinə dəstəklərini ifadə ediblər.
 
Qeyd edək ki, bu gün "Lujniki" stadionunda Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyası keçirilib. Aksiyada 80 min nəfərdən çox insan iştirak edib. /AzNews.az/


Story Code: 708798

News Link :
https://www.islamtimes.org/az/news/708798/azərbaycanlılar-vladimir-putinə-dəstək-aksiyasında-iştirak-ediblər

Islam Times
  https://www.islamtimes.org