QR CodeQR Code

ABŞ kəşfiyyatı: Rusiyanı dayandıra bilməyəcəyik

7 Mar 2018 16:05

IslamTimes - Rusiya Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yaxasını qurtarmaq istəyir.


Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə, Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır: 
“Moskva antiamerika baxışlarını genişləndirir və bununla da demokratik proseslərə zərbə endirmək istəyir. Bunun üçün Rusiya təsir əməliyyatlarından yararlana bilər. Belə ki, çətinləşən indiki şəraitdə bu cür vəziyyət bahalı deyil və az risklidir.
Rusiya ABŞ və Avropadakı müttəfiqləri arasında münasibətləri zəiflətməyə, bununla da sanksiyalardan qurtulmağa çalışır. Rusiya dayanmayacaq və 2018-ci ildə daha cəsarətli və dağıdıcı kiberəməliyyatlar aparacaq”.


Story Code: 709706

News Link :
https://www.islamtimes.org/az/news/709706/abş-kəşfiyyatı-rusiyanı-dayandıra-bilməyəcəyik

Islam Times
  https://www.islamtimes.org