0
Wednesday 7 March 2018 - 16:05

ABŞ kəşfiyyatı: Rusiyanı dayandıra bilməyəcəyik

Story Code : 709706
ABŞ kəşfiyyatı: Rusiyanı dayandıra bilməyəcəyik
Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə, Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır: 
“Moskva antiamerika baxışlarını genişləndirir və bununla da demokratik proseslərə zərbə endirmək istəyir. Bunun üçün Rusiya təsir əməliyyatlarından yararlana bilər. Belə ki, çətinləşən indiki şəraitdə bu cür vəziyyət bahalı deyil və az risklidir.
Rusiya ABŞ və Avropadakı müttəfiqləri arasında münasibətləri zəiflətməyə, bununla da sanksiyalardan qurtulmağa çalışır. Rusiya dayanmayacaq və 2018-ci ildə daha cəsarətli və dağıdıcı kiberəməliyyatlar aparacaq”.
Comment