QR CodeQR Code

İŞİD-in İmam Rzanın (ə) hərəminə qarşı onlarla hücumunun qarşısı alındı

Deyerler , 7 Mar 2018 21:42

İslamtimes - Qüds Rəzəvi ostanının qəyyumunun vəkili Seyyid Mürtəza Bəxtiyari İŞİD terror təşkilatının İmam Rzanın (ə) mütəhhər hərəminə qarşı onlarla hücumunun qarşısının alındığını deyib.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Seyyid Mürtəza Bəxtiyari İranın təhlükəsizlik qüvvələrinin terrorçuların Məşhəd şəhərindəki İmam Rzanın (ə) müqəddəs ziyarətgahına qarşı planlarını pozduqlarını bildirib. “İmam Rzanın (ə) ziyarətgahı İŞİD terror təşkilatının hədəfi idi və Allahın köməkliyi ilə ziyarətgaha qarşı onlarla hücumun qarşısı alındı”.

Seyyid Mürtəza Bəxtiyari ziyarətgahın təhlükəsizliyi ilə bağlı yoxlama və nəzarət idarəsinin zəvvarlar üçün bədən axtarışından savayı rentgen sisteminndən də istifadə etməli olduğunu qeyd edib.

Bu arada, İranın Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli rəsmisi təhlükəsizlik qüvvələrinin İŞİD-dən başqa 30 terror qrupu tərəfindən planlaşdırılan hücumun qarşısını almağa nail olduğunu bildirib.


Story Code: 709819

News Link :
https://www.islamtimes.org/az/news/709819/işid-in-imam-rzanın-ə-hərəminə-qarşı-onlarla-hücumunun-qarşısı-alındı

Islam Times
  https://www.islamtimes.org