0
Wednesday 7 March 2018 - 21:42

İŞİD-in İmam Rzanın (ə) hərəminə qarşı onlarla hücumunun qarşısı alındı

Story Code : 709819
İŞİD-in İmam Rzanın (ə) hərəminə qarşı onlarla hücumunun qarşısı alındı
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Seyyid Mürtəza Bəxtiyari İranın təhlükəsizlik qüvvələrinin terrorçuların Məşhəd şəhərindəki İmam Rzanın (ə) müqəddəs ziyarətgahına qarşı planlarını pozduqlarını bildirib. “İmam Rzanın (ə) ziyarətgahı İŞİD terror təşkilatının hədəfi idi və Allahın köməkliyi ilə ziyarətgaha qarşı onlarla hücumun qarşısı alındı”.

Seyyid Mürtəza Bəxtiyari ziyarətgahın təhlükəsizliyi ilə bağlı yoxlama və nəzarət idarəsinin zəvvarlar üçün bədən axtarışından savayı rentgen sisteminndən də istifadə etməli olduğunu qeyd edib.

Bu arada, İranın Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli rəsmisi təhlükəsizlik qüvvələrinin İŞİD-dən başqa 30 terror qrupu tərəfindən planlaşdırılan hücumun qarşısını almağa nail olduğunu bildirib.
Source : Deyerler
Comment