QR CodeQR Code

Londonda məhkəmə Böyük Britaniya rəhbərliyinə qarşı cinayət işi açdı

Deyerler , 5 May 2018 16:17

İslamtimes - London məhkəməsi Böyük Britaniya rəhbərliyinə qarşı Səudiyyə rejiminə silah satdığı üçün cinayət işi açılmasına qərar verib.


Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Silah Ticarətinə Qarşı Kampaniyanın şikayəti əsasında qəbul edilən qərara əsasən, Böyük Britaniyanın Ali Məhkəməsi 2017-ci ildə Səudiyyə rejiminə silah satışına icazə verən qərarı mühakimə edə biləcək.

Silah Ticarətinə Qarşı Kampaniya məsələ ilə bağlı belə bir açıqlama verib: “Böyük Britaniya rəhbərliyi Səudiyyə rejiminə silah satışını dayandırmadığı üçün qanunları tapdalayaraq, Yəməndə törədilən cinayətlərə şərikdir”.

Xatırladaq ki, Ali Məhkəmə keçən il məxfi olaraq qiymətləndirdiyi dəlillərə istinad edib hökumətin xeyrinə qərar vermişdi.


Story Code: 722603

News Link :
https://www.islamtimes.org/az/news/722603/londonda-məhkəmə-böyük-britaniya-rəhbərliyinə-qarşı-cinayət-işi-açdı

Islam Times
  https://www.islamtimes.org