0
Saturday 5 May 2018 - 16:17

Londonda məhkəmə Böyük Britaniya rəhbərliyinə qarşı cinayət işi açdı

Story Code : 722603
Londonda məhkəmə Böyük Britaniya rəhbərliyinə qarşı cinayət işi açdı
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Silah Ticarətinə Qarşı Kampaniyanın şikayəti əsasında qəbul edilən qərara əsasən, Böyük Britaniyanın Ali Məhkəməsi 2017-ci ildə Səudiyyə rejiminə silah satışına icazə verən qərarı mühakimə edə biləcək.

Silah Ticarətinə Qarşı Kampaniya məsələ ilə bağlı belə bir açıqlama verib: “Böyük Britaniya rəhbərliyi Səudiyyə rejiminə silah satışını dayandırmadığı üçün qanunları tapdalayaraq, Yəməndə törədilən cinayətlərə şərikdir”.

Xatırladaq ki, Ali Məhkəmə keçən il məxfi olaraq qiymətləndirdiyi dəlillərə istinad edib hökumətin xeyrinə qərar vermişdi.
Source : Deyerler
Comment