QR CodeQR Code

Yəmən qüvvələri Hudeyda sahillərində BƏƏ-nin hərbi gəmisini vurdu

Deyerler , 13 Jun 2018 14:54

İslamtimes - Yəmənin Hərbi Dəniz Donanması ölkənin qərb sahili sularında Hudeyda yaxınlığında Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın hərbi gəmisini (esmines) raketlə vurub.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının rəsmilərindən biri bu barədə açıqlamasında qeyd edib: “Hudeyda sahilində əsgər və hərbi sursat daşıyan iki BƏƏ gəmisi əsgər endirərkən Yəmən qüvvələri tərəfindən hədəfə alındı. Bu gəmilərdən biri məhv edildi. Digəri isə Zakar adası istiqamətində qaçdı”.
 
 
Digər tərəfdən, Yəmən Ali İnqilabı Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi vurulan hərbi gəminin hazırda yanmaqda olduğunu bildirib.
 
Yəmən mediası isə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın hərbi gəmilərinin bölgədən qaçdığını və Hudeyda sahilində sakitliyin hökm sürdüyünü bildirib.
 


Story Code: 731476

News Link :
https://www.islamtimes.org/az/news/731476/yəmən-qüvvələri-hudeyda-sahillərində-bəə-nin-hərbi-gəmisini-vurdu

Islam Times
  https://www.islamtimes.org