0
Wednesday 13 June 2018 - 14:54

Yəmən qüvvələri Hudeyda sahillərində BƏƏ-nin hərbi gəmisini vurdu

Story Code : 731476
Yəmən qüvvələri Hudeyda sahillərində BƏƏ-nin hərbi gəmisini vurdu
Yəmən qüvvələri Hudeyda sahillərində BƏƏ-nin hərbi gəmisini vurdu
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının rəsmilərindən biri bu barədə açıqlamasında qeyd edib: “Hudeyda sahilində əsgər və hərbi sursat daşıyan iki BƏƏ gəmisi əsgər endirərkən Yəmən qüvvələri tərəfindən hədəfə alındı. Bu gəmilərdən biri məhv edildi. Digəri isə Zakar adası istiqamətində qaçdı”.
 
 
Digər tərəfdən, Yəmən Ali İnqilabı Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi vurulan hərbi gəminin hazırda yanmaqda olduğunu bildirib.
 
Yəmən mediası isə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın hərbi gəmilərinin bölgədən qaçdığını və Hudeyda sahilində sakitliyin hökm sürdüyünü bildirib.
 
Source : Deyerler
Tagged
yəmən
Comment