QR CodeQR Code

Müsəlman ölkəsində azanların səsini məhdudlaşdırdılar

Islamazeri , 14 Jun 2018 13:17

Islamtimes - Qazaxstanda azan səsi ilə bağlı məscidlərə tələb irəli sürülüb.


İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxstan müsəlmanlarının Din İşləri İdarəsi və Din Məsələləri və Vətəndaş Cəmiyyətləri Nazirliyi məscidləri azan üçün irəli sürülən sanitar-epidemioloji tələblərə əməl etməyə səsləyib.
Belə ki, qanuna əsasən, saat 07:00-dan 23:00-dək azanın səsinin yüksəkliyi 70 desibel, gecə vaxtı isə 60 desibeldən yuxarı olmamalıdır.
Qeyd edilir ki, çoxsaylı yerli sakinlərin müraciətlərindən sonra ölkə rəhbərliyi bu müraciətlə çıxış edib.
Xatırladaq ki, 2017-ci ildə ölkədə açıq şəkildə məscidlərin azanının və kilsələrin zənginin ateistlərin hüquqlarını pozub-pozmadığı müzakirə edilirdi. Lakin ölkə parlamenti həmin dini səsləri ancaq sanitar normalar ilə məhdudlaşdırmaq qərarı vermişdi.
 


Story Code: 731645

News Link :
https://www.islamtimes.org/az/news/731645/müsəlman-ölkəsində-azanların-səsini-məhdudlaşdırdılar

Islam Times
  https://www.islamtimes.org