0
Thursday 14 June 2018 - 13:17

Müsəlman ölkəsində azanların səsini məhdudlaşdırdılar

Story Code : 731645
azan
azan
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxstan müsəlmanlarının Din İşləri İdarəsi və Din Məsələləri və Vətəndaş Cəmiyyətləri Nazirliyi məscidləri azan üçün irəli sürülən sanitar-epidemioloji tələblərə əməl etməyə səsləyib.
Belə ki, qanuna əsasən, saat 07:00-dan 23:00-dək azanın səsinin yüksəkliyi 70 desibel, gecə vaxtı isə 60 desibeldən yuxarı olmamalıdır.
Qeyd edilir ki, çoxsaylı yerli sakinlərin müraciətlərindən sonra ölkə rəhbərliyi bu müraciətlə çıxış edib.
Xatırladaq ki, 2017-ci ildə ölkədə açıq şəkildə məscidlərin azanının və kilsələrin zənginin ateistlərin hüquqlarını pozub-pozmadığı müzakirə edilirdi. Lakin ölkə parlamenti həmin dini səsləri ancaq sanitar normalar ilə məhdudlaşdırmaq qərarı vermişdi.
 
Source : Islamazeri
Tagged
Qazaxstan
Comment