QR CodeQR Code

Bəhreyn xalqının edam hökmünə etirazı

23 May 2011 12:33

IslamTimes - Bəhreynlilər aksiyada edənlər “Ali Xəlifəyə ölüm”, “Edam hökmünü məhkum edirik” kimi şüarlar səsləndiriblər


“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, Bəhreyn xalqı ötən gün Əd-Diraz məntəqəsində məhkəmənin iki gənc barədə edam hökmü çıxarmasına etiraz əlaməti olaraq aksiya keçirib. 

Aksiyada iştirak edənlər “Ali Xəlifəyə ölüm”, “Edam hökmünü məhkum edirik” kimi şüarlar səsləndiriblər. 

Əldə olunan məlumatlara əsasən, Bəhreyn təhlükəsizlik qüvvələri Dimestan məntəqəsinə hücum edərək xalqın burada etiraz aksiyası keçirməsinə mane olublar. 

Nəzərinizə çatdıraq ki, məhkəmə iki cavanı polis qüvvələrindən olan iki nəfəri qətlə yetirməkdə təqsirli bilir. 

Amma bu iki gəncə edam hökmü verilməsi beynəlxalq insan haqqları təşkilatları tərəfindən məhkum edilib.


Story Code: 73904

News Link :
https://www.islamtimes.org/az/news/73904/bəhreyn-xalqının-edam-hökmünə-etirazı

Islam Times
  https://www.islamtimes.org