QR CodeQR Code

Sionist Netanyahu Ərdoğanı suriyalıları və kürdləri qətlə yetirməkdə ittiham etdi

Nur-az.com , 24 Jul 2018 21:10

Islamtimes - Sionist rejimin qondarma baş naziri Türkiyə prezidentini sərt tənqid edərək onu suriyalıları və kürdləri qətliam etməkdə ittihamlandırıb.


“Reuters”-in verdiyi xəbərə görə, bundan əvvəl Rəcəb Təyyib Ərdoğan İsrailin yəhdiləşdirilməsi qanununa bərk etiraz edərək, sionist rejimini faşist və millətçi adlandırıb.
Sionist rejimin qondarma baş naziri sionist Binyamin Netanyahu Türkiyə prezidentinin bu açıqlamasına münasibət bildirərək Ərdoğanı bərk tənqid edib.
Netanyahu deyib: “Ərdoğan suriyalıları və kürdləri qətlə yetirir, minlərlə insanı öz ölkəsində həbs edib. Bu “böyük demokratın” yəhudi ölkəsi qanununu tənqid etməsi, özünə ən böyük tərif verməsidir.”
Qeyd edək ki, Türkiyə və sionist rejim başçıları bəzi vaxtlarda bir-birlərini sərt tənqid atəşinə tuturlar. Hətta bu tənqidlər iki rejimin səfirlərinin qovulmasına da gətirib çıxarır. Lakin onlar heç vaxt əlaqə və əməkdaşlıqlarını dayandırmırlar. Hətta Qüdsün İsrailin paytaxtı elan olunmasından sonra Ankara sionist rejim səfirini ölkəsindən çıxarsa da, Ərdoğan parlamentin sionist rejimlə əlaqələri dayandırmaq barədə təklifinə qarşı çıxdı.
 
 


Story Code: 740044

News Link :
https://www.islamtimes.org/az/news/740044/sionist-netanyahu-ərdoğanı-suriyalıları-və-kürdləri-qətlə-yetirməkdə-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org