0
Tuesday 24 July 2018 - 21:10

Sionist Netanyahu Ərdoğanı suriyalıları və kürdləri qətlə yetirməkdə ittiham etdi

Story Code : 740044
Sionist Netanyahu Ərdoğanı suriyalıları və kürdləri qətlə yetirməkdə ittiham etdi
“Reuters”-in verdiyi xəbərə görə, bundan əvvəl Rəcəb Təyyib Ərdoğan İsrailin yəhdiləşdirilməsi qanununa bərk etiraz edərək, sionist rejimini faşist və millətçi adlandırıb.
Sionist rejimin qondarma baş naziri sionist Binyamin Netanyahu Türkiyə prezidentinin bu açıqlamasına münasibət bildirərək Ərdoğanı bərk tənqid edib.
Netanyahu deyib: “Ərdoğan suriyalıları və kürdləri qətlə yetirir, minlərlə insanı öz ölkəsində həbs edib. Bu “böyük demokratın” yəhudi ölkəsi qanununu tənqid etməsi, özünə ən böyük tərif verməsidir.”
Qeyd edək ki, Türkiyə və sionist rejim başçıları bəzi vaxtlarda bir-birlərini sərt tənqid atəşinə tuturlar. Hətta bu tənqidlər iki rejimin səfirlərinin qovulmasına da gətirib çıxarır. Lakin onlar heç vaxt əlaqə və əməkdaşlıqlarını dayandırmırlar. Hətta Qüdsün İsrailin paytaxtı elan olunmasından sonra Ankara sionist rejim səfirini ölkəsindən çıxarsa da, Ərdoğan parlamentin sionist rejimlə əlaqələri dayandırmaq barədə təklifinə qarşı çıxdı.
 
 
Source : Nur-az.com
Tagged
netanyahu
Comment