QR CodeQR Code

İranın baş qərargah rəisi: “ABŞ-ın regiondakı bazaları hədəfimizdədir”

Deyerler , 25 Jul 2018 14:51

İslamtimes - İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri ABŞ-ın regiondakı bazaları və maraqlarının İranın hədəf mənzilində olduğunu deyib.


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İranın baş qərargah rəisi ABŞ prezidenti Trampın İranı hədəfə alan açıqlamasına belə reaksiya verib: “Yerləşmə mərkəzləri və maraqları İran silahlı qüvvələrinin hədəf mənzilində olan düşmənlər, xüsusilə də ABŞ, region və dünyada çox geniş səviyyədə xəyal etməsi mümkün olmayan cavabla qarşılaşmamaq üçün aslanın quyruğu ilə oynamamalıdır”.
 
İranın prezidenti Həsən Ruhani iki gün əvvəl verdiyi bəyanatında, ölkəsinə qarşı sanksiya siyasəti yürüdən ABŞ rəhbərliyini “Aslanın quyruğu ilə oynamayın” deyərək, xəbərdarlıq etmişdi. ABŞ prezidenti Tramp da buna cavab olaraq, Twitter-dən paylaşdığı mesajında, Ruhaniyə “Bir daha heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrə dözərsən” cavabını vermişdi.
 


Story Code: 740156

News Link :
https://www.islamtimes.org/az/news/740156/iranın-baş-qərargah-rəisi-abş-ın-regiondakı-bazaları-hədəfimizdədir

Islam Times
  https://www.islamtimes.org