QR CodeQR Code

İsrail: Fələstinli əsirlərin edam cəzasını təsdiq edəcəyik

İslamazeri , 27 Jul 2018 01:19

İslamtimes - Aviqdor Liberman fələstinli əsirlərin edamını nəzərdə tutan qanun layihəsinin rejimin təhlükəsizlik kabinetindən keçməsini istəyib.


İslamazeri.com xəbər verir ki, Sionist Rejimin müharibə naziri Aviqdor Liberman bu gün etdiyi açıqlamada, yaxın vaxtlarda fələstinli əsirlərin edam cəzası qanun layihəsinin qəbul olunacağını deyib.

Sionist rejim mətbuatı da işğal rejiminin bugünkü təhlükəsizlik kabineti toplantısında fələstinli əsirlərin edamı qanun layihəsinin araşdırılacağını bildirmişdi.

Digər tərəfdən, bu gün səhər saatlarında bir qrup sionist mühacir Qüdsdə Məscidül-Əqsaya basqın təşkil edib.

Bu gün səhər 116 sionist mühacirin Məscidül-Əqsaya basqın təşkil etdiyi və səhərki hücumun dörd saat davam etdiyi, mühacirlərin Məscidül-Əqsanın həyətində sionist rəhbərlərdən "heykəl" haqqında məlumat aldıqları ifadə edilib.


Story Code: 740492

News Link :
https://www.islamtimes.org/az/news/740492/israil-fələstinli-əsirlərin-edam-cəzasını-təsdiq-edəcəyik

Islam Times
  https://www.islamtimes.org