QR CodeQR Code

BVF: “İran 2021-ci ildə dünyanın 15-ci böyük iqtisadiyyatı olacaq”

Deyerler , 11 Aug 2018 20:46

İslamtimes - Beynəlxalq Valyuta Fondu (BVF) İranın 2021-ci ildə dünya bazarının 15-ci böyük iqtisadiyyatı olacağını deyib.


Deyerler.org Mehrə istinadən xəbər verir ki, BVF tərəfindən dərc olunan statistik göstəricilərə əsasən, İranın 2017-ci ildə ümumi daxili məhsul (ÜDM) göstəricisi olan 1644 milyard dollar ilə dünya iqtisadiyyatında 18-ci yerdədir.
 
BVF İranın 2021-ci ildə isə Kanada, Səudiyyə rejimi və İspaniyanı geridə qoyaraq, 15-ci yerə yüksələcəyini bildirib.
 
2021-ci ildə İranın ÜDM-i 2095 milyard dollara çatacağı proqnozlaşdırılır ki, bu da İspaniya, Səudiyyə rejimi və Kanadadan irəlidə olacağını göstərir.
 
Belə ki, İspaniyanın 2017-ci ildə ÜDM-si 1773,9 milyard dollardırsa, 2021-ci ildə bu rəqəmin 2094 milyard dollara çatacağı təxmin edilir. 2021-ci ildə Səudiyyə rejiminin ÜDM-i 2078 milyard dollar, Kanadanın ÜDM-i isə 2073 milyard dollara qədər yüksələcək.
 
 
Eyni zamanda 2021-ci ildə Çinin 23159 milyard dollarlıq ÜDM ilə dünya iqtisadiyyatında birinci yerə yüksələcəyi bildirilib. Amerikanın 19390 milyard dollar ilə Çindən sonra olacağı qeyd olunub.
 


Story Code: 743983

News Link :
https://www.islamtimes.org/az/news/743983/bvf-iran-2021-ci-ildə-dünyanın-15-böyük-iqtisadiyyatı-olacaq

Islam Times
  https://www.islamtimes.org