QR CodeQR Code

Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!

Islamazeri , 13 Aug 2018 20:06

İslamtimes - “Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib."


İslamazeri.com-un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyənin “kürəyindən zərbə” vurmaq niyyətində olmaqda ittiham edib.
“Bir tərəfdən, siz (ABŞ) strateji ittifaqdan danışırsınız... siz bizimlə birlikdə NATO-dasınız, digər tərəfdən isə, strateji həmkarınızın kürəyindən zərbə vurmağa çalışırsınız. Belə bir şeyi qəbul etmək olarmı?”, - deyə o bildirib.
Bununla belə Ərdoğan Türkiyəyə qarşı elan edilmiş iqtisadi blokadanı dövlət çevrilişə cəhdin davamı adlandırıb.
“Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib. Məlum idi ki, Türkiyəyə qarşı (2016-cı il)  15 iyulda başlamış hücumlar bitməyəcək.”, - deyə o qeyd edib.
Daha öncə Ərdoğan xəbərdarlıq edib ki, ABŞ-ın birtərəfli siyasəti Türkiyəni yeni dostlar axtarmağa vadar edəcək.
 


Story Code: 744424

News Link :
https://www.islamtimes.org/az/news/744424/ərdoğan-abş-kürəyimizdən-zərbə-endirməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org