QR CodeQR Code

Bəhreyn rejimi BMT-nin istəyinə qarşı çıxdı

Deyerler , 19 Aug 2018 14:24

İslamtimes - Bəhreyn rejimi BMT rəsmilərinin ölkədə həbsdə olan insan haqları müdafiəçisi Nəbil Rəcəbin azadlığa buraxılması tələbini rədd edib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, BMT-nin insan hüquqları mütəxəssisi bəhreynli hüquq müdafiəçisi Nəbil Rəcəbin həbsinin qanunsuz olduğunu və bunun ifadə azadlığının pozuntusu olduğunu bildiriblər.
 
Bəhreyn rejimi dünən (17 avqust) verdiyi bəyanatında, BMT rəsmilərinin Nəbil Rəcəbin də aralarında olduğu insan haqları fəallarının həbs olunmasının düşmənçiliklə əlaqədar olmasına dair fikirlərini rədd edərək, onların cinayətlərinin siyasi çıxışları ilə əlaqəsinin olmadığını iddia edib.
 
Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri təxminən 3 il əvvəl bəhreynli hüquq müdafiəçisi Nəbil Rəcəbi Bəni Cəmrə bölgəsində olan evində həbs etmiş, bəzi əşyalarını və noutbukunu da müsadirə etmişdi. Bəhreyn rəsmiləri Nəbil Rəcəbin 2015 və 2016-cı illərdə televiziya proqramına qatılaraq, verdiyi bəyanatları ilə ölkənin imicini zədələdiyini iddia edir.
 


Story Code: 745383

News Link :
https://www.islamtimes.org/az/news/745383/bəhreyn-rejimi-bmt-nin-istəyinə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org