0
Sunday 19 August 2018 - 14:24

Bəhreyn rejimi BMT-nin istəyinə qarşı çıxdı

Story Code : 745383
Bəhreyn rejimi BMT-nin istəyinə qarşı çıxdı
Bəhreyn rejimi BMT-nin istəyinə qarşı çıxdı
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, BMT-nin insan hüquqları mütəxəssisi bəhreynli hüquq müdafiəçisi Nəbil Rəcəbin həbsinin qanunsuz olduğunu və bunun ifadə azadlığının pozuntusu olduğunu bildiriblər.
 
Bəhreyn rejimi dünən (17 avqust) verdiyi bəyanatında, BMT rəsmilərinin Nəbil Rəcəbin də aralarında olduğu insan haqları fəallarının həbs olunmasının düşmənçiliklə əlaqədar olmasına dair fikirlərini rədd edərək, onların cinayətlərinin siyasi çıxışları ilə əlaqəsinin olmadığını iddia edib.
 
Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri təxminən 3 il əvvəl bəhreynli hüquq müdafiəçisi Nəbil Rəcəbi Bəni Cəmrə bölgəsində olan evində həbs etmiş, bəzi əşyalarını və noutbukunu da müsadirə etmişdi. Bəhreyn rəsmiləri Nəbil Rəcəbin 2015 və 2016-cı illərdə televiziya proqramına qatılaraq, verdiyi bəyanatları ilə ölkənin imicini zədələdiyini iddia edir.
 
Source : Deyerler
Tagged
bəhreyn
Comment