QR CodeQR Code

Suriya ordusu İdlib yaxınlığına hərbi texnikalarını cəmləyib

eastnews , 6 Sep 2018 14:20

İslamtimes - Suriya ordusuna aid hərbi konvoy İdlib sərhədinə çatıb.


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu İdlib əməliyyatları üçün bölgəyə intensiv hərbi texnika daşımağa başlayıb.

Suriya ordusuna aid hərbi konvoy İdlib sərhədinə çatıb. Konvoyda tanklar, zirehli maşınlar və mindən çox əsgər olduğu açıqlanıb. Bundan əlavə, bütün maneələri keçmək üçün Suriya ordusu bir neçə "MTU-20" zirehli vasitəsini bölgəyə göndərib. Onlardan körpü kimi istifadə ediləcək. Qurudan keçiriləcək hərəkata Rusiya Hava Qüvvələrinin dəstək verəcəyi bildirilir. Əməliyyat təşkil ediləcək bölgələrə raket atəşi və hava hücumları fasiləsiz davam edir.


Story Code: 748455

News Link :
https://www.islamtimes.org/az/news/748455/suriya-ordusu-idlib-yaxınlığına-hərbi-texnikalarını-cəmləyib

Islam Times
  https://www.islamtimes.org