0
Thursday 6 September 2018 - 14:20

Suriya ordusu İdlib yaxınlığına hərbi texnikalarını cəmləyib

Story Code : 748455
Suriya ordusuna aid hərbi konvoy İdlib sərhədinə çatıb.
Suriya ordusuna aid hərbi konvoy İdlib sərhədinə çatıb.
Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu İdlib əməliyyatları üçün bölgəyə intensiv hərbi texnika daşımağa başlayıb.

Suriya ordusuna aid hərbi konvoy İdlib sərhədinə çatıb. Konvoyda tanklar, zirehli maşınlar və mindən çox əsgər olduğu açıqlanıb. Bundan əlavə, bütün maneələri keçmək üçün Suriya ordusu bir neçə "MTU-20" zirehli vasitəsini bölgəyə göndərib. Onlardan körpü kimi istifadə ediləcək. Qurudan keçiriləcək hərəkata Rusiya Hava Qüvvələrinin dəstək verəcəyi bildirilir. Əməliyyat təşkil ediləcək bölgələrə raket atəşi və hava hücumları fasiləsiz davam edir.
Source : eastnews
Tagged
Suriya
Comment