QR CodeQR Code

Bəsrədə hadisələrinə görə, baş nazirin istefası tələb edildi

Deyerler , 10 Sep 2018 19:16

İslamtimes- İraqın neftlə zəngin olan Bəsrə şəhərində etirazlar nəzarətdən çıxıb, xaosla nəticələnən son 24 saatda 7 nəfər həlak olub.


Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, parlamentdə çoxluğu formalaşdırmaq üçün mübarizələrini aparan Muqtəda Əs-Sədr və Heydər Əl-Amirinin fraksiyaları baş nazir Heydər Əl-Əbadinin dərhal istefa etməsini tələb ediblər.
 
Ötən həftə İranın Bəsrə Baş Konsulluğunun yandırılmasının arxasında İŞİD və Bəəslə əlaqəli qrupların olduğu iddia edilib.
 
Muqtəda Əs-Sədr siyasi ittifaqa getməyi qəbul etdiyi Əl-Əbadi ilə körpüləri dağıdıb. Sədrin liderliyindəki Sairun ittifaqı, Əl-Əbadi və kabinetinin xalqdan üzr istəməsini və dərhal istefa verməsini tələb edib.
 
Əl-Həşduş Şəbinin keçmiş rəhbərlərindən Hadi Əl-Amirinin sədrliyində seçkidən ikinci çıxan Fəth koalisiyasından da oxşar bir çağırış gəlib.
 
Fəth koalisiyası Əl-Əbadi hökumətinin İraq böhranını həll etməkdə uğursuzluğunu pisləyib, vətəndaşların qanlarının axması səbəbindən istefasını tələb edib.
 
 
Sairun koalisiyasının sədri Həsən Akuli belə bir açıqlama ilə çıxış edib: “Biz daha güclü bir hökumət qurmaq üçün səy göstərəcəyik”.
 


Story Code: 749245

News Link :
https://www.islamtimes.org/az/news/749245/bəsrədə-hadisələrinə-görə-baş-nazirin-istefası-tələb-edildi

Islam Times
  https://www.islamtimes.org