QR CodeQR Code

Kerri: Tramp 8 yaşlı uşaq ağlındadır!

İslamtimes , 16 Sep 2018 15:37

İslamTimes- Kerri İran xarici işlər nazirini Trampın dövrü başa çatana qədər səbirli olmağa çağırıb.


Amerika Birləşmiş Ştatlarının sabiq xarici işlər naziri (dövlət katibi) Con Kerri ölkə prezidenti Donald Tramp haqqında qalmaqallı açıqlama verib. Kerri deyib ki, Tramp 8 yaşlı uşaq ağlındadır!
İran xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşdən sonra müəyyən hücumlarla rastlaşan Con Kerri ABŞ prezidentini şiddətlə tənqid edib, onun ölkə başçısı postunu tutmaq üçün səlahiyyətə sahib olmadığını vurğulayıb.
Real Time ilə söhbətdə Kerri deyib: Trampı ona qarşı hiddətləndirən səbəb Zəriflə söhbət olub. Kerri İran xarici işlər nazirini Trampın dövrü başa çatana qədər səbirli olmağa çağırıb. Tramp isə bu görüşün bütün Amerikaya zərərli olduğunu bildirib. Kerri həm də Trampı seçkilərdəki saxtakarlığa görə narahat olmağa dəvət edib.


Story Code: 750408

News Link :
https://www.islamtimes.org/az/news/750408/kerri-tramp-8-yaşlı-uşaq-ağlındadır

Islam Times
  https://www.islamtimes.org