QR CodeQR Code

Ayətullah Xamenei Asiya çempionları ilə görüşdü

IslamTimes , 25 Sep 2018 15:16

İslamTimes: Əhvaz hadisəsini törədənlər ciddi cəzalandırılacaq


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İndoneziyada keçirilən Asiya çempionatının qaliblərini qəbul edib. Ayətullah Xamenei görüşdə buyurub:
Siz İslamın, Aşuranın, İslam dəyərlərinin övladlarısınız. Mən sizinlə fəxr edirəm...
Əhvaz hadisəsi (hərbi paradda terror) göstərdi ki, getdiyimiz yol tərəqqi yoludur və bu yolda düşmənlərimiz çoxdur. Bunu yadda saxlayın ki, düşmənlərimiz çoxdur. Silahsız insanlara hücum qorxaq bir addım idi. Şücaətli addımları bizim gənclər atır. Siz idmanda, başqaları müdafiə meydanında, o birlər elmdə belə şücaətli addımlar atırsız. Əhvaz hadisəsini törədənlər Suriyada, İraqda pozuculuq edənlərdir. Amerika da həmişə onların köməyinə tələsir. Onlar əli Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyinin cibində olanlardır! Onlara ciddi qulaqburması veriləcək inşaallah...
Nəzərinizə çatdırım ki, düşmən idman, müdafiə, elm sahələrində qələbələrimizdən qəzəblənir. Sizin də qələbəniz imperializmə qarşı mübarizədə bir qələbədir!
 


Story Code: 752112

News Link :
https://www.islamtimes.org/az/news/752112/ayətullah-xamenei-asiya-çempionları-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org