QR CodeQR Code

Sarkozi Liviyada insanlığa qarşı cinayətlərdə ittiham olunur

30 May 2011 12:32

IslamTimes - İki tanınmış vəkil, Jak Verje və keçmiş Xarici işlər naziri Rolan Dyuma Liviyanın paytaxtı Tripoliyə səfər edib və burada olan zaman bəyan ediblər ki, onlar Sarkozini insanlığa qarşı cinayətdə ittiham edərək məhkəməyə verəcəklər


Keçirdiyi mətbuat konfransı zamanı vəkillər bildirib ki, fransalı vəkillər NATO bombardmanları nəticəsində Liviyada qətliam edilən dinc insanları müdafiə etmək niyyətindədirlər.

“Vəkillər liviyalı ailələr adından Fransa məhkəməsində iddia qaldıracaqlar”, - deyə 30 ailənin iştirak etdiyi mətbuat konfransında bildirilib. Keçmiş nazir dinc insanlara qarşı qanlı qətliamı kəskin pisləyib.

“Biz sükut divarlarını dağıtmaq niyyətindəyik”, - deyə keçmiş XİN rəhbəri vurğulayıb. Onlar Parisə qayıtdıqdan dərhal sonra məhkəmə işinə başlayacaqlar. /Deyerler/

 


Story Code: 75570

News Link :
https://www.islamtimes.org/az/news/75570/sarkozi-liviyada-insanlığa-qarşı-cinayətlərdə-ittiham-olunur

Islam Times
  https://www.islamtimes.org