QR CodeQR Code

Avropa öz səfirini Ərəbistandan geri çağırmağı planlaşdırır

IslamTimes , 13 Nov 2018 11:05

İslamTimes: Avropa Parlamentinin 57 üzvü Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri kəsməyə çağırır


Hollandiyanın NRC qəzeti yazır ki, Avropa Parlamentinin 57 üzvü Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktub təqdim edib. Məktubda Avropa İttifaqının Səudiyyə Ərəbistanındakı səfirinin geri çağırılması tələb olunur. Ərəbistanlı müxalif jurnalist Camal Xaşoqcinin İstanbulda Ərəbistan konsulluğunda amansızlıqla qətlə yetirilməsi parlament üzvlərini qəzəbləndirib. Məktubu imzalayanlar Ərəbistanı insan haqlarının kobud şəkildə pozulduğu ölkə kimi dəyərləndirir və bu ölkə ilə diplomatik əlaqələrin kəsilməsini zəruri sayır.
 


Story Code: 760896

News Link :
https://www.islamtimes.org/az/news/760896/avropa-öz-səfirini-ərəbistandan-geri-çağırmağı-planlaşdırır

Islam Times
  https://www.islamtimes.org