QR CodeQR Code

Əbubəkr Əl-Bağdadi Həcindədir?

IslamTimes , 19 Nov 2018 13:31

İslamTimes: Əl-Ərəbiyyə İŞİD liderinin Suriyada gizləndiyini iddia edir


Əl-Ərəbiyyə Şəbəkəsi hazırda əksər İŞİD komandirlərinin Suriyanın Əbu-Kamal rayonunda Həcin qəsəbəsində gizləndiyini xəbər verir. Xəbərdə yer alıb ki, İŞİD lideri Əbubəkr Əl-Bağdadinin də Həcində gizlənməsi ehtimalı böyükdür. İŞİD-in ərazidəki müttəfiqi olan kürdlər girovların başını kəsən işidçiləri gizlədikləri kimi Əl-Bağdadı haqqında da məlumat vermirlər. Suriyada özünü Demokratik Qüvvələr adlandıran silahlı birləşmənin sözçüsü Əl-Bağdadinin Həcində olması xəbərini təkzib edib. Amma Deyrəzzur Hərbi Şurasının sözçüsü bütün başqa İŞİD komandanları kimi Əl-Bağdadinin də bu qəsəbədə olması ehtimalını dilə gətirib.
 


Story Code: 762120

News Link :
https://www.islamtimes.org/az/news/762120/əbubəkr-əl-bağdadi-həcindədir

Islam Times
  https://www.islamtimes.org