QR CodeQR Code

Fars Körfəzi Həmkarlıq Şurasında təzadlar

IslamTimes , 10 Dec 2018 18:38

İslamTimes: Oman və Qətər başçıları iclasa qatılmadı


Fars Körfəzi Həmkalıq Şurasının (GCC) iclası açıq ziddiyyətlərlə yadda qaldı. Şura 25 may 1981-ci il tarixində qurulub, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Əvvəla, Oman və Qətər başçıları iclasa qatılmayıb. Şurada 2011-ci ildən ziddiyyətlər ortaya çıxıb. O zaman Oman fərqli mövqe sərgiləmişdi. Ötən il Qətərlə problem yaşandı. Qətərdən tələb olunurdu ki, İranla əlaqələri kəssin, Türkiyə ilə əlaqələri məhdudlaşdırsın.  Bir şuranın üç ölkəsi birini mühasirəyə alırsa, şuradakı durum aydındır. Beləcə şuranın iclası nəticəsiz başa çatıb.
 


Story Code: 765945

News Link :
https://www.islamtimes.org/az/news/765945/fars-körfəzi-həmkarlıq-şurasında-təzadlar

Islam Times
  https://www.islamtimes.org