QR CodeQR Code

Bəhreynli fəallar Londonda Ali Səud və Ali Xəlifə rejimlərinin cinayətlərini göstərdi

Deyerler , 15 Jan 2019 08:31

Islamtimes - Bəhreynli müxalif fəallar Böyük Britaniyanın paytaxtı Londondakı Zəfər Tağı abidəsinin üzərinə lazer şəkilli aksiya keçiriblər.


Deyerler.org Bahrainalyoum-a istinadən xəbər verir ki, bəhreynli fəal Əli Muşaymə Ali Xəlifə rejimi tərəfindən 2 il əvvəl şəhid edillən fəalların ailələrilə həmrəy olduqlarını bildirmək və Səudiyyə rejiminin törətdiyi cinayətləri göstərmək üçün bu aksiyanı keçirdiklərini bildirib.
 
Keçirilən aksiyada Ali Səud rejimi tərəfindən şəhid edilən Ayətullah Nimr Baqir Ən-Nimr başda olmaqla, Ali Xəlifə rejimi tərəfindən həbsxanalara salınan inqilab məhbuslarının liderləri və 2017-ci ilin fevral ayında edam edilən bəhreynli üç fəal ilə yanaşı, ölümə məhkum edilmiş fəalların, insan haqları fəalları, siyasi və vicdan məhbuslarının şəkilləri ilə şüarlar lazer işıqlarla səfirliyin binasına əks olunub.
 


Story Code: 772117

News Link :
https://www.islamtimes.org/az/news/772117/bəhreynli-fəallar-londonda-ali-səud-və-xəlifə-rejimlərinin-cinayətlərini-göstərdi

Islam Times
  https://www.islamtimes.org