QR CodeQR Code

İsrail əsgərləri fələstinli ailənin evini partlatdı

eastnews , 19 Jan 2019 01:28

İslamtimes - İsrail əsgərlərinin İordan çayının qərb sahilində fələstinli məhbusun evini partladmasından sonra fələstinlilərlə əsgərlər arasında gərginlik yaşanıb.


Bu barədə yerli mənbələr məlumat verib. Məlumata görə, İsrail əsgərləri əl-Xəlil şəhərinin Yatta adlı ərazisinə basqın edərək, fələstinli Xəlil Cabbarın (16) ailəsinin yaşadığı 2 mərtəbəli evi partladıb. Evin ətrafında vəziyyətə reaksiya göstərən fələstinlilər ilə İsrail əsgərləri arasında gərginlik yaşanıb.
Əsgərlər hadisəyə güllə, rezin güllə, gözyaşardıcı qazla müdaxilə edib.
Xatırladaq ki, Cabbar 16 sentyabrda bir yəhudini bıçaqla öldürdüyü ittihamıyla həbs olunmuşdu. /eastnews.org/
 


Story Code: 772907

News Link :
https://www.islamtimes.org/az/news/772907/israil-əsgərləri-fələstinli-ailənin-evini-partlatdı

Islam Times
  https://www.islamtimes.org