QR CodeQR Code

Netanyahu, Suriya və Livanı hədələdi

8 Jun 2011 14:32

IslamTimes - Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu, Qüdsün işğal edilməsinin ildönümündə, öz hərbi qüvvələrini Suriya və Livan ərazisində yerləşdiriləcəyi ilə bu iki ölkəni hədələyib.


Sionist "Maariv" qəzeti uyğun xəbərlə yanaşı Netanyahunun, Qüdsün işğal edilməsinin ildönümündə İsrail sərhədlərində aksiya keçirmək istəyən ərəb nümayişçilərə belə bir təhdid ünvanladığını bildirib.

Qəzet əlavə olaraq İsrail ordusunun tam hazırlıq halına gətirildiyini, Tel-Əvivin hərbi tədbirləri gücləndirmə məqsədi ilə Livan sərhədləri, Suriyanın işğal altındakı Qolan təpələri və Qərbi Şəriyə sərhədlərinə daha çox sayda əsgər və hərbi təchizat göndərdiyini bildirib.

Netanyahu, Qüdsün işğal edilməsi ildönümündə populist reaksiyaları dayandırma niyyəti ilə müxtəlif Ərəb ölkələrinə qarşı İsrailin siyasətinə mane olduqları təqdirdə hərbi qüvvə istifadə etmək, hətta Suriya və Livan torpaqlarına girməklə təhdid etdi.

Bu qəzet eyni zamanda Suriya və Livanın Netanyahunun bu təhdidindən sonra işğal olunmuş torpaqların sərhədlərində təşkil ediləcək nümayişləri ləğv etdiklərini bildirdi.


Story Code: 77565

News Link :
https://www.islamtimes.org/az/news/77565/netanyahu-suriya-və-livanı-hədələdi

Islam Times
  https://www.islamtimes.org