0
Wednesday 8 June 2011 - 14:32

Netanyahu, Suriya və Livanı hədələdi

Story Code : 77565
Netanyahu, Suriya və Livanı hədələdi
Netanyahu, Suriya və Livanı hədələdi
Sionist "Maariv" qəzeti uyğun xəbərlə yanaşı Netanyahunun, Qüdsün işğal edilməsinin ildönümündə İsrail sərhədlərində aksiya keçirmək istəyən ərəb nümayişçilərə belə bir təhdid ünvanladığını bildirib.

Qəzet əlavə olaraq İsrail ordusunun tam hazırlıq halına gətirildiyini, Tel-Əvivin hərbi tədbirləri gücləndirmə məqsədi ilə Livan sərhədləri, Suriyanın işğal altındakı Qolan təpələri və Qərbi Şəriyə sərhədlərinə daha çox sayda əsgər və hərbi təchizat göndərdiyini bildirib.

Netanyahu, Qüdsün işğal edilməsi ildönümündə populist reaksiyaları dayandırma niyyəti ilə müxtəlif Ərəb ölkələrinə qarşı İsrailin siyasətinə mane olduqları təqdirdə hərbi qüvvə istifadə etmək, hətta Suriya və Livan torpaqlarına girməklə təhdid etdi.

Bu qəzet eyni zamanda Suriya və Livanın Netanyahunun bu təhdidindən sonra işğal olunmuş torpaqların sərhədlərində təşkil ediləcək nümayişləri ləğv etdiklərini bildirdi.
Comment