QR CodeQR Code

Bəhreyn rejimi Ayətullah İsa Qasımı müdafiə etmək bəhanəsi ilə 167 fəalı həbs etdi

Deyerler , 16 Mar 2019 12:37

İslamtimes - Ali Xəlifə rejiminin məhkəməsi martın 15-i Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımı müdafiə etmək bəhanəsi ilə 167 fəalı həbs edib.



Deyerler.org Parstodaya istinadən xəbər verir ki, məhkəmədə 167 Bəhreyn vətəndaşına 10 il həbs cəsasının verildiyi bildirilir.
 
167 fəal Bəhreyn xalqı ilə birlikdə 2017-ci ilin may ayından etibarən Ayətullah İsa Qasımın vətəndaşlıqdan məhrum edilməsinə etiraz etdikləri vaxtı Ayətullah İsa Qasımın evinin ətrafında etiraz aksiyası keçiriblər.
 
14 fevral 2011-ci il tarixindən etibarən Ali Xəlifə rejiminə qarşı meydanlarda olan Bəhreyn xalqı ədalətin təmin edilməsi, ayrı-seçkiliyə son qoyulması və xalqın seçdiyi bir nizamın iqtidara gəlməsini tələb etsə də, Ali Xəlifə rejimi Səudiyyə rejiminin əsgərləri və BƏƏ təhlükəsizlik qüvvələrinin köməyi ilə xalqın etirazlarını zorakılıqla yatırır.
 
Ali Xəlifə rejimi, həmçinin xalqın etiraz səslərini kəsmək üçün müxalifət liderlərinin bir çoxunu həbs edərək, saxta cinayətlərlə onları uzun müddətli həbslərə məhküm edir.
 


Story Code: 783641

News Link :
https://www.islamtimes.org/az/news/783641/bəhreyn-rejimi-ayətullah-isa-qasımı-müdafiə-etmək-bəhanəsi-ilə-167-fəalı-həbs-etdi

Islam Times
  https://www.islamtimes.org