0
Saturday 16 March 2019 - 12:37

Bəhreyn rejimi Ayətullah İsa Qasımı müdafiə etmək bəhanəsi ilə 167 fəalı həbs etdi

Story Code : 783641
Bəhreyn rejimi Ayətullah İsa Qasımı müdafiə etmək bəhanəsi ilə 167 fəalı həbs etdi

Deyerler.org Parstodaya istinadən xəbər verir ki, məhkəmədə 167 Bəhreyn vətəndaşına 10 il həbs cəsasının verildiyi bildirilir.
 
167 fəal Bəhreyn xalqı ilə birlikdə 2017-ci ilin may ayından etibarən Ayətullah İsa Qasımın vətəndaşlıqdan məhrum edilməsinə etiraz etdikləri vaxtı Ayətullah İsa Qasımın evinin ətrafında etiraz aksiyası keçiriblər.
 
14 fevral 2011-ci il tarixindən etibarən Ali Xəlifə rejiminə qarşı meydanlarda olan Bəhreyn xalqı ədalətin təmin edilməsi, ayrı-seçkiliyə son qoyulması və xalqın seçdiyi bir nizamın iqtidara gəlməsini tələb etsə də, Ali Xəlifə rejimi Səudiyyə rejiminin əsgərləri və BƏƏ təhlükəsizlik qüvvələrinin köməyi ilə xalqın etirazlarını zorakılıqla yatırır.
 
Ali Xəlifə rejimi, həmçinin xalqın etiraz səslərini kəsmək üçün müxalifət liderlərinin bir çoxunu həbs edərək, saxta cinayətlərlə onları uzun müddətli həbslərə məhküm edir.
 
Source : Deyerler
Tagged
bəhreyn
Comment