QR CodeQR Code

MAQATE İranın nüvə müqaviləsinə sadiqliyini bir daha təsdiqlədi

Deyerler , 2 Apr 2019 16:53

İslamtimes - Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi təhdidinə baxmayaraq, Beynəlxalq Atom Enerjisi Təşkilatı (MAQATE) İranın bir daha nüvə müqaviləsindən irəli gələn öhdəliklərinə sadiqliyini təsdiq edib.



Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, MAQATE-nin sədri Yukiya Amanonun bir neçə gün əvvəl İranın öhdəliklərinə bağlılığına dair sözlərindən sonra, agentlik İran ilə bağlı 3 aylıq hesabatında İranın nüvə müqaviləsindəki öhdəliklərinə sadiq olduğunu təsdiq edib.
 
Hesabatda MAQATE-nin İrandakı bütün nüvə obyektlərinə daxil ola bildiyi qeyd olunub.
 
Amano martın 4-ü verdiyi açıqlamasında belə qeyd etmişdi: “Bəzi ölkələr İranın nüvə müqaviləsi çərçivəsindəki fəaliyyətini zəiflətməyə çalışırlar, amma biz İranın öhdəliklərinə sadiq olduğunu təsdiq edirik”.
 
Xatırladaq ki, ABŞ-ın prezidenti Tramp keçən il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxaraq, İrana qarşı embarqoları 3 və 6 aylıq vaxtlarda yenidən tətbiq edəcəyini bildirmişdi.
 


Story Code: 786509

News Link :
https://www.islamtimes.org/az/news/786509/maqate-iranın-nüvə-müqaviləsinə-sadiqliyini-bir-daha-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org