QR CodeQR Code

ABŞ Belarusa qarşı sanksiyaların müddətini bir il də uzadıb

15 Jun 2011 07:28

IslamTimes - ABŞ Belarus rəhbərliyinin 10 nümayəndəsinə, o cümlədən prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyaların müddətini bil il də uzadıb


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sanksiyalar 2006-cı il iyunun 16-da ABŞ prezidenti Сorc Buş tərəfindən tətbiq edilib. Bu sanksiyalar əsasında Belarus prezident Lukaşenko və hökumətin digər 9 nümayəndəsinin xarici banklarda hesabları və xaricdə mülkiyyət hüququ dondurulub. Bunların arasında Belarus DTK-sının başçısı Stepan Suxarenko, dövlət teleradio şirkətinin sədri Aleksandr Zimovskiy, daxili işlər naziri Vladimir Naumov və sair var.
Sanksiyaların uzadılmasına səbəb olaraq prezident Barak Obama Lukaşenkonun 2010 ikin dekabr ayında müxalifət tərəfdarlarının keçirdiyi kütləvi aksiyalara qarşı sərt tədbirlər görülməsi ilə bağlı olduğunu bildirib.


Story Code: 78907

News Link :
https://www.islamtimes.org/az/news/78907/abş-belarusa-qarşı-sanksiyaların-müddətini-bir-il-də-uzadıb

Islam Times
  https://www.islamtimes.org