QR CodeQR Code

Amiri: İran İraqı müdafiə etməkdə heç nəyini əsirgəmədi-Amerika İraqdan çıxsın

Nur-az.com , 25 Apr 2019 16:59

İslamtimes - “Əl-Sumaria News”-in verdiyi xəbərə görə, İraq “Əl-Fəth” koalisiyasının rəhbəri Hadi əl-Amiri deyib: “İran İraqı və müqəddəs məkanları müdafiə etmək üçün heç nəyi əsirgəmədi.”


Ayətullah əl-üzma Seyid Əli Sistaninin İŞİD əleyhinə cihad fətvasının ildönümü münasibətilə çıxış edən Əl-Fəth koalisiyasının rəhbəri vurğulayıb: “Livan Hizbullahı İŞİD əleyhinə mübarizədə İraqın təhlükəsizlik qüvvələrinə kömək etdi.”


Amiri əlavə edib: “Hamı elə düşünürdü ki, İraq İŞİD əleyhinə mübarizədə qalib ola bilməyəcək. Amma İraq əhalisi hamıya sübut etdi ki, dünyanın ən böyük və təhlükəli terror qrupunu məhv etməyə qadirdir.”
Amiri həmçinin deyib: “Bizim Amerikanın, yaxud Türkiyənin hərbi bazalarına ehtiyacımız yoxdur. Amerika qüvvələrinin İraqda hüzuruna icazə verməyəcəyik.”


Story Code: 790980

News Link :
https://www.islamtimes.org/az/news/790980/amiri-iran-iraqı-müdafiə-etməkdə-heç-nəyini-əsirgəmədi-amerika-iraqdan-çıxsın

Islam Times
  https://www.islamtimes.org