QR CodeQR Code

Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə

Islamazeri , 6 Oct 2019 13:02

Islamtimes - Tehranın İmam cüməsi Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlərin olduğunu deyib



Tehranın bu həfətki İmam cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İmam cümə çıxışında İraqdakı olaylar, o cümlədən yaxınlaşan Ərbəin mərasimindən danışıb.
"Düşmənlər Hüseyn(ə) Ərbəini yürüşü üçün problem yaratmağa çalışırlar, amma bu yürüş öncəki illərdən daha şövqlü keçiriləcək.", -deyə İmam cümə deyib.
Ayətullah Kaşani bildirib ki,  dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın bayrağı zülmlə mübarizə bayrağıdır. 
"Amerika və sionist rejim fitnəkarlıqla həqiqəti gizlətməyə çalışırlar.", -deyə İmam cümə əlavə edib.
İmam cümə həmçinin məzlum Yəmən xalqının təcavüzkarlar üzərindəki qələbələrindən də danışıb.
O bildirib ki, Yəmən xalqının qələbələri ali-səud rejimini və onun himayədarlarını biabır edib.
 


Story Code: 820460

News Link :
https://www.islamtimes.org/az/news/820460/ərbəin-yürüşü-üçün-problem-yaratmaq-istəyənlər-var-imam-cümə

Islam Times
  https://www.islamtimes.org