QR CodeQR Code

Əliyevin Məbəs "təbriki": Ruhaniyə 3,6 il həbs!

HaqqYolu , 30 Jun 2011 14:35

IslamTimes - Azərbaycan müsəlmanları hakimiyyətlə sazişə ümid zəminində əvf gözləyirdilər. Bir çox dindarlar həbsdə olan ruhanilərin və dindarların məhz Məbəs Bayramı günü azadlığa burxlacağı intizarında idi... Hakimiyyət isə Məbəs Bayramı günü Azərbaucanın dini ictimaiyyətini 3,6 il həbslə “təbrik etdi!”


Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Fəxri İlyasovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. SalamNews-un məlumatına görə, məhkəmə hakim Gündüz Şirinovun sədrliyi ilə keçirilib. Hakim G.Şirinov Gəncəli ruhani Fəxri İlyasova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Qeyd edək ki, Fəxri İlyasov bu ilin yanvarın 16-da Gürcüstana gedərkən həbs olunub. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunub.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məhkəmənin bu qərarını çox mənfi bir hal kimi qiymətləndirib: "Hesab ediriki ki, məhkəmə araşdırması çox qərəzli və qeyri-obyektiv keçdi. Vəsatətlərin təmin olunmaması, ekspertizaların keçirilməməsi, obyektiv şahidlərin dindirilməməsi - bütün bunlar məktəbənin qərarının əsaslı olmamasını vurğulamağa tam əsas verir. DEVAMM olaraq, Fəxri İlyasovun və digər həbs edilənlərin vicdan məhbusu kimi tanınmaları üçün bundan sonra da səylərimizi artıracağıq".


Story Code: 82066

News Link :
https://www.islamtimes.org/az/news/82066/əliyevin-məbəs-təbriki-ruhaniyə-3-6-il-həbs

Islam Times
  https://www.islamtimes.org