0
Thursday 30 June 2011 - 14:35

Əliyevin Məbəs "təbriki": Ruhaniyə 3,6 il həbs!

Story Code : 82066
Əliyevin Məbəs "təbriki": Ruhaniyə 3,6 il həbs!
Əliyevin Məbəs "təbriki": Ruhaniyə 3,6 il həbs!
Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Fəxri İlyasovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. SalamNews-un məlumatına görə, məhkəmə hakim Gündüz Şirinovun sədrliyi ilə keçirilib. Hakim G.Şirinov Gəncəli ruhani Fəxri İlyasova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Qeyd edək ki, Fəxri İlyasov bu ilin yanvarın 16-da Gürcüstana gedərkən həbs olunub. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunub.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məhkəmənin bu qərarını çox mənfi bir hal kimi qiymətləndirib: "Hesab ediriki ki, məhkəmə araşdırması çox qərəzli və qeyri-obyektiv keçdi. Vəsatətlərin təmin olunmaması, ekspertizaların keçirilməməsi, obyektiv şahidlərin dindirilməməsi - bütün bunlar məktəbənin qərarının əsaslı olmamasını vurğulamağa tam əsas verir. DEVAMM olaraq, Fəxri İlyasovun və digər həbs edilənlərin vicdan məhbusu kimi tanınmaları üçün bundan sonra da səylərimizi artıracağıq".

Source : HaqqYolu
Comment