QR CodeQR Code

Sarkozinin yaxasından yapışdılar - Yenilənib

HaqqYolu , 1 Jul 2011 08:26

IslamTimes - Fransa prezidenti Nikola Sarkozi hücuma məruz qalıb.


APA-nın məlumatına görə, insident dövlət başçısının Braks şəhərinə səfəri zamanı baş verib.
Hasarın yanından keçərək onu gözləyən yerli sakinlərə yaxınlaşan prezident gözlənilməz hadisə ilə üzləşib. Sakinlərdən biri Sarkoziyə əl uzadıb, sonra onun pencəyinin ətəyindən yapışaraq özünə tərəf çəkib. Nəticədə Sarkozi müvazinətini itirib, lakin yıxılmayıb. Mühafizəçilər xuliqanı tutaraq ərazidən uzaqlaşdırıblar. Hadisəni törədən şəxsin adı açıqlanmır. İnsidentin motivləri də məlum deyil.


Story Code: 82211

News Link :
https://www.islamtimes.org/az/news/82211/sarkozinin-yaxasından-yapışdılar-yenilənib

Islam Times
  https://www.islamtimes.org